İQTİSADİYYAT
® “Honda CR-V” – tam yeni “PRESTIGE” versiyada satışda!
“Honda”nın Azərbaycandakı rəsmi distribüteri yeni “Honda CR-V” modelinin satışlarının başladığını elan edib. İllərin sınağından çıxmış əsl yol yoldaşı “Honda CR-V” tam yeni “PRESTIGE” versiyada yenidən yollara çıxmağa hazırdır.
İndi “Honda CR-V” daha idmansayağı və individual görkəm alıb, eyni zamanda, innovativ texnologiya və funksiyalarla zənginləşdirilib. Eleqant eksteryeri fərqləndirən tam LED optika və lyuk kimi detallardır. Axıcı ön hissə və təkmilləşdirilmiş aerodinamika isə avtomobilə əlavə dəyər qatır.
İnteryer və texnologiyalar isə təkcə sürücünü yox, həm də sərnişinləri düşünərək uğurlu şəkildə bir araya gətirilib. Məsələn, qızdırılan sükan və qızdırılan arxa oturacaqlar, oturacağın yaddaş paketi və 8 istiqamətdə tənzimlənməsi hər kəs üçün rahatlıq yaratmağa imkan verir. Həmçinin avtomobilin salonu asanlıqla transformasiya olunaraq geniş yük yeri əldə edilir. Sürət, istiqamət, daxil olan zənglər və sair mühüm məlumatları sürücünün gözü önündə saxlayan “Head-Up Display” və “Android Auto/Car play” salonda informasiya dəstəyini təmin edir.
2,4L-lik mühərrik (186 a/g), “Real time AWD” ötürücü, mühərrikin uzaqdan işə salınması ilə etibarlı idarəetməyə, Arxa/Ön park sensorları, “Lanewatch” kimi funksiyalarla həm də təhlükəsizliyə zəmanət verir.
Yeni “Honda CR-V” ilə tanış olmaq və ya daha ətraflı məlumat almaq üçün “Honda”nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlamaq mümkündür.
Ünvan: Honda Avtomobil Mərkəzi, Bakı-Sumqayıt şosesi 6-cı kilometr.
Telefon: (012) 349-00-00; https://www.honda.az/auto/cr-v