İQTİSADİYYAT
® Köhnə telefonunu gətir, "Azercell"dən yeni 4G Nokia smartfonu və 150 AZN-dək hədiyyə qazan
Müştərilərinin istəklərini hər zaman diqqət mərkəzində saxlayan "Azercell" abunəçilərini yeni kampaniya ilə sevindirir. Azərbaycana 4G xidmətini ilk dəfə gətirən "Azercell Telekom" bu dəfə abunəçilərinin istifadəsinə yeni "Nokia" - 4G smartfon kampaniyasını təqdim edir. Belə ki, yalnız aprelin 3-dən 30-dək "Azercell" bütün Sim-Sim abunəçiləri üçün köhnə mobil telefonlarını "Azercell" dükanlarına təhvil verib, yeni "Nokia 1", "Nokia 2.1", "Nokia 3.1", "Nokia 3.1 Plus", "Nokia 5.1", "Nokia 5.1 Plus", "Nokia 6.1" və ya "Nokia 7.1" telefon modellərindən birini 25 faizədək endirimlə əldə etmə fürsəti təklif edir. Əlavə olaraq ödənilən məbləğin 150 manatadək dəyəri hədiyyə qismində 6 ay ərzində hissə-hissə nömrənin balansına geri qaytarılır.
"Azercell"in 4G sürətini yeni 4G Nokia smartfonunda hiss et. Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/cashback/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və sair. 2012-ci ildə "Azercell" ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq "Investors In People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.