İQTİSADİYYAT
® “Nar” IT sahəsində fərqlənən tələbələrə dəstək olub
Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar” ADA Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib.
Oktyabrın 10-da ADA-da keçirilən “Akademik mükəmməllik günü”ndə universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki, tələbələr növbəti semestrin təhsil haqqına 100 faiz güzəşt əldə edirlər.
“Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, universitetin tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.
Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı “nar.az” internet səhifəsindən öyrənmək olar.