REGİONLAR
® “Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri vəzifəsinə yeni təyinat
Dekabrın 2-dən Herrmann Sebastian Martin Michael “Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirmək istəyirik ki, Herrmann Sebastian Martin Michael 1964-cü il dekabrın 21-də Almaniyanın Berlin şəhərində anadan olub. 1986 -1990–cı illərdə Berlin Tətbiqi Elmlər Universitetinin Mexanika Mühəndisliyi ixtisasına, 1990-1992-ci illərdə Biznes Mühəndisliyi ixtisasına yiyələnib. 1992–1996-cı illərdə Almaniyanın “Siemens” şirkətində, 2007-2009-cu illərdə isə “Holcim” şirkətində rəhbər vəzifələrdə çalışıb. 2009-2011-ci illərdə İsveçrədə müxtəlif şirkətlərdə öz əmək fəaliyyətini davam etdirib. 2012-2017-ci illərdə Rusiyada “Heidelberg Cement” şirkətində sahə Meneceri və digər vəzifələrdə çalışıb.
Herrmann Sebastian Martin Michael 2017-ci ildən Qazax Sement Zavodunda mexanika rəhbəri kimi fəaliyyətə başlayıb. 2019-2020-ci illərdə zavodda sement istehsalı məhsuldarlığının 1,5 milyon tona artırılması layihəsində layihə rəhbəri olaraq vəzifəsini davam etdirib.
Digər bir təyinatla Süleymanov Vüqar Fərman oğlu 2020-ci il dekabrın 2-dən “Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri vəzifəsindən müşahidə şurasının sədri vəzifəsinə təyin olunub.
Qeyd olunan təyinatlar “Qazax Sement Zavodu” MMC-nin fəaliyyətinin genişləndirilməsi və müəssisənin yeni-yeni uğurlar qazanmasında əhəmiyyətli rol oynayacaq.