İQTİSADİYYAT


® “Rabitəbank”ın biznes müştəriləri üçün yeni tətbiqi – “Rabita Business” istifadəyə verilib

“Rabitəbank” ASC hüquqi şəxslər və fərdi sahibkar üçün yeni, təkmilləşdirilmiş “Rabita Business” mobil tətbiqini istifadəyə verib.

Tətbiq biznes müştəriləri üçün bank xidmətlərindən gecə-gündüz və operativ şəkildə istifadə etməyə, əsas maliyyə əməliyyatlarını dünyanın istənilən nöqtəsindən banka gəlmədən həyata keçirməyə imkan verəcək.

Belə ki, banka getməyə ehtiyac qalmadı, müştəri smartfonu vasitəsilə saniyələr içində bank əməliyyatlarının həllini tapacaq.

“Rabita Business” tətbiqi özündə bir çox funksionallıqları birləşdirir:

- Bankdaxili, ölkədaxili və ölkəxarici köçürmə əməliyyatlarınızı saniyələr ərzində təsdiqləyə bilərsiniz;

- Hesab, kredit, kart, depozit hesablarınızı görə və yaratdığınız əməliyyatları təsdiqləyə bilərsiniz;

- Sərəncam ödənişlərinizi təsdiqləyə bilərsiniz;

- Maliyyə arayışlarınızı təsdiqləyə və əldə edə biləcəksiniz;

- Hesab-faktura əməliyyatlarınızı təsdiqləyə və göndərə biləcəksiniz;

- Qarantiya müraciətlərinizi təsdiqləyə bilərsiniz;

- Əməkhaqqı layihəsinə qoşulma ərizənizi təsdiqləyə və müqavilələrinizi imzalaya biləcəksiniz;

- Səlahiyyətli personalınızın toplu ödəniş, maaş və əməliyyat fayllarını istənilən vaxt mobil telefonunuzdan təsdiq edə bilərsiniz.

- Dövlət və vergilərinizi ödənişlərinizi imzalaya biləcəksiniz;

- Konvertasiya əməliyyatlarınızda xüsusi məzənnə sifarişlərinizi imzalayaraq məsafədən əməliyyatlarınızı xüsusi məzənnə ilə həyata keçirə biləcəksiniz;

- Hesab, kredit, kartların tarixçəsini izləyə biləcəksiniz;

- İmzalanmış sənədlərini xüsusi interval verərək baxa və ödəniş tapşırıqlarınızı əldə edə biləcəksiniz.

“Rabita Business” tətbiqindən istifadənin üstünlüyü ondadır ki, müştərilər tətbiqin əsas səhifəsində hesablarını, kartlarını, kreditlərini və depozitlərini öz istədiyini sıralama ardıcıllığı ilə özəlləşdirə biləcəklər. Əlavə olaraq bank əməliyyatlarına keçid etmək üçün istənilən 3 əsas əməliyyat tipini şəxsi seçim edərək əsas səhifəyə daşımaq mümkündür.

Müasir dizayn və müştərinin rahatlığı ən önəmli nüanslardan olduğu üçün mobil tətbiqin proses və menyu ardıcıllığı vasitəsilə əməliyyatları yaratmaq və təsdiqləmək üçün səhifələr arasında keçid sayı minimuma endirilib. Müştəri cəmi 2-3 klik ilə istənilən əməliyyat tipini yarada biləcək.

“Rabita Business” tətbiqetməsini “App Store” və “Play Store”lardan endirə, ətraflı suallarınız üçün “133” Çağrı mərkəzinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.