CƏMİYYƏT


® VEYSƏLOĞLU müharibədən sonra da ordumuza dəstəyini davam etdirir

Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib. Müharibənin bitməsinə baxmayaraq, Şirkətlər Qrupu hələ də ordumuza dəstəyini davam etdirir.

Düşmənlə döyüşlərdə yaralanan hərbçilərimizdən bəziləri hazırda xəstəxanalarda müalicəsini davam etdirir. Mərkəzi Qan Bankından onlardan bir neçəsi üçün təcili qana ehtiyac duyulduğu ilə bağlı Veysəloğlu Şirkətlər Qrupuna müraciət daxil olub və dərhal da ona reaksiya verilib. Qrupa daxil olan şirkətlərin SƏTƏM bölmələri tərəfindən öncədən hazırlanan siyahılar əsasında qanı tələb olunan qrupa uyğun gələn əməkdaşlarımız məlumatlandırılıb, onlar da öz növbəsində könüllü şəkildə qan verərək igid hərbçilərimizə dəstək olublar.

Bundan əlavə, rəhbərliyin qərarına görə özəl klinikalarla mövcud müqavilə əsasında Şirkətlər Qrupunun Qarabağ döyüşlərində iştirak edərək xəsarət almış və müalicəyə ehtiyacı olan əməkdaşlarına, həmçinin onların ailə üzvlərinə hərtərəfli tibbi xidmət göstərilir. Onlar üçün xidmət tamamilə ödənişsiz, Şirkətlər Qrupunun hesabına həyata keçirilir.

Qeyd edək ki, Qrupa daxil olan “AVT LOGISTICS” şirkəti tərəfindən ordumuz üçün cəbhəyə göndərilən paletlərin sayı 880-ə çatdırılıb.

Ötən həftə isə Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovun rəhbərliyi ilə Qrupa daxil olan şirkətlərin əməkdaşları ordumuzun göstərdiyi qəhrəmanlıq və Azərbaycanın Zəfər çalması münasibətilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Əməkdaşlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə əklil və gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

“Həqiqət öz yerini tapdı. Bütün Azərbaycan xalqı, türk dünyası bu sevinci yaşadı. Bu sevinci bizə yaşadan Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm! Bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm!”, - deyə Aydın Talıbov Şəhidlər Xiyabanındakı çıxışı zamanı bildirib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir. -0-və

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.