İQTİSADİYYAT


® “Veliev” şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib

"Veliev" şirkəti İstanbulda yerləşən TÜYAP sərgi mərkəzində keçirilən “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) beynəlxalq sərgisində iştirak edib. 

İstanbulun ən böyük sərgi salonu olan TÜYAP-da təşkil olunan qapı, pəncərə və şüşə istehsalçılarının sərgisində Türkiyədən və 24 ölkədən 644 şirkət və 109 ölkədən 70 mindən çox ziyarətçi iştirak edib.

Martın 4-7-də baş tutan sərgidə iştirakçılar əsasən, Orta-Şərqi Asiya və Aralıq Dənizi sahili ölkələrindən olub.

"Veliev" şirkətinin sərgidə iştirakının əsas məqsədi MDB, Afrika və Ərəb ölkələri, eyni zamanda, bir sıra Balkan və Avropa şirkətləri ilə görüşlər keçirmək və məhsullarını tanıtmaq olub. Sözügedən ölkələr və şirkətlərlə bağlı qarşıya qoyulan hədəf uğurla həyata keçirilib və geniş əməkdaşlıq mövzuları müzakirə edilib.

Şirkət Türkiyənin ən nüfuzlu “TÜYAP-Reed Istanbul” mərkəzində təşkil olunan 21-ci Beynəlxalq Pəncərə, Panjur, Cəbhə Sistemləri və Aksesuarları, Profil, İstehsalat Texnologiyası və Dəzgahları, İzolyasiya Materialları, Xammal və Tamamlayıcı Mallar sərgisində istehsalı özünə məxsus olan və profil brendlərindən sayılan “EVAKS” adı ilə iştirak edib.

Eyni zamanda, "Veliev" şirkətinin distribüteri olduğu “Pimapen”, “Deceuninck”, “Winsa”, “Adopen” firmaları da əvvəlki illərdə olduğu kimi bu il də sərgidə uğurla təmsil olunublar.

Qeyd edək ki, "Veliev" şirkəti Azərbaycanın plastik qapı və pəncərə bazarında 15 ildir fəaliyyət göstərir. Şirkət 2 ildən artıq müddətdir ki, xarici ölkələrə məhsul ixracına başlayıb. Qarşıdan gələn illlərdə ixrac potensialını artırmaq qonşu ölkələr başda olmaqla, bir sıra MDB və ərəb ölkələri ilə əməkdaşlıq "Veliev" şirkətinin qarşısına qoyduğu əsas prioritetlərdəndir.

TÜYAP sərgi mərkəzində keçirilən “Avrasia Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisi Türkiyənin ən böyük və ən uzunmüddətli sərgisi olmaqla, dünyanın ilk 10 tikinti materialları sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Türkiyənin, həmçinin Orta Asiya və Afrika ölkələrinin tikinti sektorunda nüfuz qazanmaq istəyən tent və perqola sistemləri, alüminium və plastik qapı və pəncərə profilləri istehsal edən şirkətləri, cam balkon istehsalçıları, istehsal avadalıqları və aksesuarları, beynəlxalq şirkətlərin distribütor şirkətləri, inşaat və layihə işləri görən şirkətlər, memarlar, xam maddə istehsalçıları və bu sektorla əlaqəli digər şirkətlər üçün əsas platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.