İQTİSADİYYAT
"BOKT Embafinans" Bakı Fond Birjasında listinqə qəbul edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOKT Embafinans" MMC-nin faizli, təmin edilməmiş qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 2 min ədəd, ilkin ticarət qiyməti 1000 manatdır. İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]