İDMAN


"Karabakh is Azerbaijan" seriyası çərçivəsində “Zangilan Cup" turniri keçiriləcək

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 31-də Lichess.org platforması üzərindən "Karabakh is Azerbaijan" şahmat seriyasının üçüncü turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Chess.az saytının təşkilatçılığı ilə onlayn formatda keçiriləcək “Zangilan Cup"a Azərbaycan şahmatçıları ilə yanaşı, xarici ölkələrdən iştirakçıların da qatılması gözlənilir.

Fevralın 7-də "Qubadli Cup", fevralın 14-də "Shusha Cup", fevral 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Böyük final - "Karabakh is Azerbaijan Grand Final" martın 14-də olacaq.

Seriya çərçivəsində bundan əvvəl "Jabrail Cup", "Fuzuli Cup" turnirləri keçirilib. İki turnirin qalibi olan Elnur Mehtiyev ümumi hesabda 20 xalla liderlik edir. İkinci və üçüncü yerləri 8 xalla, müvafiq olaraq Rəvan Uğuzov (8 xal) və Orxan Bağırov (Bakı, 8 xal) tutublar.

Seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.