İQTİSADİYYAT
"Kiçik sahibkarların yaratdıqları" adlı sərgi keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Bakı Biznes Mərkəzində ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əl işlərindən ibarət "Kiçik sahibkarların yaratdıqları" adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə 100-dən çox sahibkarın əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar, eləcə də geyimlər, müxtəlif məişət əşyaları, musiqi alətləri və s. nümayiş olunub.
Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri arasında dövlət qurumlarının, təhsil, mədəniyyət və incəsənət müəssisələrinın, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.