İQTİSADİYYAT
"MasterCard SecureCode" kodların qruplaşdırılmış siyahısının formalaşdırılması məqsədilə işçi qrupu yaradılacaq
Bakı, 9 yanvar, AZƏRTAC
"MasterCard SecureCode" (MCC) kodların qruplaşdırılmış siyahısının formalaşdırılması məqsədilə işçi qrupu yaradılacaq.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, bu barədə yanvarın 6-da assosiasiyada vergi qanunvericiliyinə dəyişikliklərlə əlaqədar bankların qarşısında yaranmış yeni öhdəliklərin icrası mexanizminin işlənməsi ilə bağlı keçirilən növbəti iclasda qərara alınıb.
"Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun üzvləri, Mərkəzi Bankın, prosessinq şirkətlərinin və bank sektorunun nümayəndələrinin iştirak etdikləri iclasda vergi qanunvericiliyinin yeni tələblərinin icrası mexanizminin işlənməsi ilə əlaqədar məsələlər müzakirə olunub.