İDMAN


"Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub

Bakı, 17 avqust, AZƏRTAC

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb.

Qarşılaşma "Real"ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.

Bununla da "Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və "Real"ın 3:1 qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.