DÜNYA
ABŞ-da qar fırtınası: iki mindən çox hava reysi ləğv olunub VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
ABŞ-ın Orta Qərb hissəsində güclü qar fırtınası başlayıb. Fevralın 1-də əlverişsiz hava şəraiti səbəbindən Amerika aviaşirkətləri 2 mindən çox reysi ləğv edib, bir o qədər reysi də təxirə salıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, reyslərdəki dəyişikliklərin çox hissəsi Çikaqo şəhərinin (İllinoys ştatı) Ohara aeroportunun payına düşür. Terminallarda uzun növbələr yaranıb: sərnişinlər biletləri dəyişməyə çalışır.
Avtomagistrallarda güclü qar yağışı ilə əlaqədar çoxsaylı yol nəqliyyat hadisələri qeydə alınıb. Bəzi magistrallar isə tamamilə bağlanıb. Pis hava şəraitinin təsiri altına düşmüş yaşayış məntəqələrində ictimai nəqliyyat vasitələrinin hərəkətində də problemlər yaranıb.
İllinoys ştatında qarın qalınlığı bəzi yerlərdə 40 santimetri keçib. Ştatın 20 mindən artıq sakini elektrik enerjisiz qalıb, bir çox məktəblərdə dərslər dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]