SİYASƏT
ABŞ-IN YƏHUDİ LOBBİ TƏŞKİLATI ERMƏNİLƏRİN MÖVQEYİNƏ ETİRAZ ETMİŞDİR
ABŞ-dakı Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutu İsrailin Azərbaycana silah satmasını pisləyən Amerikanın Erməni Assambleyasının mövqeyinə təəssüf etdiyini bildirmişdir. Yəhudi İnstitutunun icraçı direktoru Tom Nyuman bəyan etmişdir ki, Azərbaycan Birləşmiş Ştatların etibarlı dostu və İsraillə xoş münasibətləri qoruyub saxlayan azsaylı müsəlman ölkələrindən biridir.
Tom Nyuman demişdir ki, Azərbaycanın qeyri-sabit bölgədə mövqeyi avqust ayında Rusiya-Gürcüstan olaylarından sonra bir qədər də təhlükə altına düşmüşdür. Bütün bunları nəzərə aldıqda ABŞ-ın və bütün dünyanın Azərbaycana dəstəyi müvafiq və zəruridir.