İDMAN
AFFA-nın prezidenti “Qarabağ” klubunu təbrik etdi
![AFFA-nın prezidenti “Qarabağ” klubunu təbrik etdi](/files/2014/2/1200x630/14092914615951054251_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O, bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusi vurğulayıb. “Qarabağ” ən güclü rəqibləri ilə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əzmkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram.