Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub
Yakutsk, 1 iyul, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycan cüdoçularının Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında uğurları davam edir.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında mübarizə aparan Əli Hümbətov (66 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
60 kiloqram çəki dərəcəsində yarışan Özqan Quliyev isə üçüncü yeri tutub.