RƏSMİ XRONİKA
AĞCABƏDİ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci il.