İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb
Bakı, 12 may, AZƏRTAC
İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazzi dağlarda gəzinti zamanı ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin hökumət portalında dərc olunan məlumatda bildirilir.
Məlumata görə, 55 yaşlı Simonazzi mayın 10-da dağlarda gəzinti zamanı huşunu itirib və daha sonra vəfat edib. Onun arvadı və üç övladı var.
Hökumət Federal Şuranın və İsveçrənin Federal Kanslerinin siyasətçinin ailəsinə və yaxınlarına başsağlığı verdiyini bildirib. Simonazzinin yaxınları mediadan onlarla əlaqə saxlamamağı və yaslarına hörmətlə yanaşmağı xahiş ediblər.
Qeyd edək ki, Andre Simonazzi 2008-ci ilin noyabrında vitse-kansler və İsveçrə Federal Şurasının sədri təyin edilib. 2009-cu il yanvarın 1-dən hökumətin iclaslarında iştirak edir, kommunikasiyalarla məşğul olur. Federal Kanslerdə bir neçə departamentə və Prezident xidmətinə rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]