Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

Şuşa növbəti dəfə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir

Şuşa, 11 may, Abdulla Suvar, AZƏRTAC

Mayın 11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində mayın 13-dək davam edəcək.

Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “İslam dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Festivala Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti ilə start verilib.

Builki festivalın iştirakçıları arasında, həmçinin ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.

Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan, qədim mədəniyyət beşiyi olan Şuşa 28 ildən çox davam etmiş işğal dövründə mənfur düşmənin vurduğu ziyanlara, törətdiyi dağıntılara baxmayaraq, özünün bənzərsiz aurasını, milli ruhunu qoruyub saxladı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən sonra əziz Şuşamızın yeni növrağı - qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb.

Bu gözəl bayrama, çal-çağıra tamaşa edənlərin gözlərindəki sevinci sezməmək mümkün deyil. Onlar sevinc dolu təəssüratlarını AZƏRTAC-la bölüşürlər.

Azərbaycanın Xalq artisti Arif Babayev deyir ki, Şuşanın azadlığını görmək, hər qarışı, hər cığırı doğma olan bu yerləri dolaşmaq onun üçün çox böyük xoşbəxtlikdir: “Şuşa təkcə orada doğulub boya-başa çatan, uşaqlığı, gəncliyi həmin diyarda keçənlərin deyil, hər bir azərbaycanlının vətənidir. Düşünürəm ki, burada təşkil olunan tədbirlərin hamısı bir-birindən gözəl və qiymətlidir. Belə gözəl tədbirlərdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Allahımdan çox raziyam ki, dualarım çin oldu və mən Qarabağı azad görə bildim”.

Cıdır düzündə səhnəyə çıxmağın böyük xoşbəxtlik olduğunu söyləyən Xalq artisti Zeynəb Xanlarova deyib: “Buraya dəfələrlə gəlsəm də, burada ilk dəfədir səhnəyə çıxıram. Bu, böyük xoşbəxtlikdir. Çox sevinirəm ki, belə gözəl festivalda həm iştirak etdim, həm də mahnı ifa etdim”.

Qala-şəhərdə təşkil olunan hər bir tədbirin onun üçün əlamətdar olduğunu söyləyən Xalq artisti bu sırada “Xarıbülbül” festivalının özünəməxsus yeri olduğunu vurğulayıb: “Bu festival bir daha xalqımızın sülhsevərliyini, qurub-yaratmaq əzmini, bəşəri dəyərlərə sonsuz hörmətini, ən əsası, milli musiqimizə, mədəniyyətimizə sonsuz sevgisini göstərir”.

Azərbaycan tar ifaçılığı sənətində öz yeri olan, Xalq artisti Ramiz Quliyev festivalla yanaşı, son vaxtlar ölkəmizdə yaşanan əlamətdar günləri belə dəyərləndirir: “Bu günlər ölkəmiz bir-birindən maraqlı və yaddaqalan hadisələrə şahidlik edir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi, ardınca da “Xarıbülbül” festivalı ölkəmizdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Bunlar unudulmaz, əziz günlərdir. Mən yüzlərlə festival görmüşəm, amma tam səmimi deyim ki, nə Şuşanın, nə də “Xarıbülbül” festivalının əvəzi yoxdur”.

“Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacağam və yaradacağam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəyəm”, - deyən Xalq artisti Firəngiz Mütəllimova da doğma şəhərində festivalı izləyənlər arasındadır. Artıq dördüncü dəfədir ki, festivalda iştirak etdiyini söyləyən Xalq artisti ona bu sevinci yaşadanlara dərin minnətdarlığını bildirib. “Çox şadam ki, doğma şəhərimdə belə gözəl bir musiqi bayramında iştirak edirəm. “Xarıbülbül” festivalının proqramı çox zəngindir. Hər dəfə buraya gələndə qəlbən cavanlaşıram, sanki Şuşada mən tamam başqa adam oluram. Ona görə ki, bura mənim ruhumun, gəncliyimin şəhəridir. Burada olmaq mənim üçün tamam başqa bir aləmdir, onu sözlə ifadə etmək çox çətindir”.

Festival bir daha sübut edir ki, musiqi sərhəd tanımır. Xalqın tarixini və mübarizə yolunu, arzu və düşüncələrini tərənnüm edən muğam və el havaları milliyyətindən, dinindən asılı olmayaraq, hamının qəlbini ehtizaza gətirir.

Xalq artisti Nurəddin Mehdixanlı da son günlər bir-birini tamamlayan tarixi günləri yüksək qiymətləndirir: “Mayın 10-da anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütövlükdə öz ömrünü, həyatını Azərbaycana həsr etmişdir. Bizim Ulu Öndər Heydər Əliyevin irsindən öyrənəcəyimiz çox şeylər var. Heydər Əliyev deyəndə gözlərimiz önündə böyük azərbaycanlı, siyasi lider, dövlət xadimi, dünya miqyasında tanınan bir şəxsiyyət, Azərbaycanın müstəqilliyini xilas edən bir dövlət adamının portreti canlanır. Bu yaxınlarda 20 illiyi tamam olan Heydər Əliyev Fondu da yarandığı gündən mədəniyyətimizin hamisi rolunda çıxış edir. Məhz bu Fondun təşkilatçılığı ilə bu gün biz azad Şuşada gözəl bir musiqi bayramına toplaşmışıq.

Festivalda dünyanın bir çox yerlərindən ifaçılar çıxış edirlər. Əvvəlki illərdə olduğu kimi, bugünkü festival da çox yüksək səviyyədə təşkil olunub. Ölkəmizdə təşkil olunan möhtəşəm beynəlxalq tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər, qonaqpərvər, dostluq, barış içində yaşamaq istəyən xalqdır”.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdədə keçirilib.

Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

Festivalda səslənən bütün musiqi nümunələri gözəlliyi, məhəbbəti tərənnüm edir. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

“Xarıbülbül” festivalı 270 ildən çox yaşı olan qala-şəhərimizin, Pənahəli xan yadigarının çal-çağırlı günlərinə daha bir möhtəşəm qayıdış oldu. Musiqi bayramı bir sıra ölkələrdən ifaçı və kollektivləri Cıdır düzünə yığaraq yenidən beynəlxalq statusunu təsdiqlədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH