İDMAN
Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib
![Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib](/files/2024/2/1200x630/1715450307587628986_1200x630.jpeg)
Bakı, 11 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo vurub. Braziliyalı forvard penaltini dəqiq yerinə yetirib. Bu qələbə ilə xallarını 79-a çatdıran "Qarabağ" liderliyini bir qədər də möhkəmlədib. 52 xalı olan "Zirə" isə 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Kəpəz"i 5:1, "Turan Tovuz" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 12-də keçiriləcək 2 görüşlə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.06.2024 [17:09]
Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub
- 29.06.2024 [16:39]
BŞİH və RİİB əməkdaşları futbol oynadılar
- 29.06.2024 [16:32]
“Çelsi” növbəti transferini açıqlayıb
- 29.06.2024 [16:29]
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
- 29.06.2024 [15:36]
Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO
- 29.06.2024 [13:54]
Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb
- 29.06.2024 [13:19]
Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub
Qarabağdan süzülən “yaşıl işıq”
- [16:26]
Sabahın hava proqnozu açıqlanıb
- [12:43]
Azərbaycan nefti ucuzlaşıb
- [10:30]