REGİONLAR
Ağsuda heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb
Ağsu, 13 dekabr, Adil Ağayev, AZƏRTAC
Ağsu rayonunun iqtisadiyyatında aparıcı sahələrdən olan heyvandarlıq dinamik inkişaf edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin on bir ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Ət istehsalı (diri çəkidə) 12 ton artaraq 4533 tona, süd istehsalı 740 ton artaraq 26,1 min tona, yumurta istehsalı 85 min ədəd artaraq 7 milyon 181 min ədədə, yun istehsalı 4 ton artaraq 298 tona çatıb.
Hazırda heyvandarlıq təsərrüfatlarında mal-qaranın və davarların qışdan salamat çıxarılması, məhsul istehsalında inkişaf dinamikasının saxlanılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:24]
“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub
- 27.04.2024 [19:19]
Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb
- 27.04.2024 [18:22]
İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var
- 27.04.2024 [14:38]
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
- 27.04.2024 [14:22]