CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti “açıq qapı” günü keçirəcək
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti “açıq qapı” günü keçirəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ailədaxili münasibətlər, valideyn və uşaqlar arasında ünsiyyət, uşaqlarda davranış problemləri və digər məsələlərlə bağlı müraciətlərin qəbul olunması nəzərdə tutulan “açıq qapı” may 24-də saat 10:00-dan 17:00-dək AQUPDK-nın Uşaq və Ailələrə Dəstək mərkəzlərində, İcma Resurs mərkəzlərində və Qadın Resurs mərkəzlərində təşkil olunacaq.