Yaponiya imperatoru bu ayın sonunda Britaniyaya səfər edəcək
Bakı, 4 iyun, AZƏRTAC
Yaponiya İmperatoru Naruhito və xanımı Masako iyunun sonunda Britaniyaya səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Baş nazir Fumio Kişidanın XİN tərəfindən yayılan bəyanatında bildirilir ki, Yaponiyanın Böyük Britaniya ilə yaxın və mehriban münasibəti, eləcə də İmperator və Kral ailələri arasında ənənəvi sıx münasibətlər var. İmperator cütlüyünün Londona planlaşdırılan səfəri əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinin təsdiqi olacaq.
Səfər proqramına əsasən, Naruhito və Masako iyunun 22-dən başlayaraq səkkiz gün Böyük Britaniyada olacaqlar. Böyük Britaniya kralı III Çarlz imperator cütlüyünü iyunun 25-də Bukingem sarayında qəbul edəcək. İyunun 28-də isə onlar vaxtilə təhsil aldıqları Oksford Universitetinə gedəcəklər.
Yapon imperator cütlüyünün Britaniyaya səfəri əvvəlcə 2020-ci ilə planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]