SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Qahirə, 21 sentyabr, AZƏRTAC
İranın hava hücumundan müdafiə sistemləri tərəfindən Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus MQ-1 tipli pilotsuz uçuş aparatı (PUA) Hörmüz boğazı üzərində vurulub.
AZƏRTAC İraq xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
Bəyanatda hadisənin vaxtı ilə bağlı məlumat verilməyib.
İran ordusu da bazar günü axşam saatlarında hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində kəşfiyyat məqsədilə istifadə olunan “Orbiter” tipli pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Hadisələrin təfərrüatları və ABŞ tərəfinin bununla bağlı mövqeyi barədə əlavə məlumat yoxdur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]