Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.
Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [16:13]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.09.2026 [16:01]
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
- 20.09.2026 [15:33]