Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur

Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur

Bakı, 21 sentyabr, AZƏRTAC

Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min kvadratkilometr sahəni əhatə edən bu diyar çağdaş dünyada “Ermənistan Respublikası” adı ilə tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk–Oğuz-Qıpçaq yurdu, tarixi Azərbaycan torpağıdır. Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. O qeyd edib ki, çoxsaylı maddi-mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz hərbi yürüşlər və müharibələr nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənimsənilsə də, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmayıb. Eramızdan əvvəl V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk tayfalarının Vətəni olduğuna heç bir şübhə yeri qoymur.

Qərbi Azərbaycan ərazisindəki tarixi abidələrin müxtəlif tarixi mərhələləri əks etdirdiyini bildirən Əziz Ələkbərli onları üç əsas dövr üzrə qruplaşdırır: ən qədim zamanlardan eramızın IV əsrinə qədər xristianlıqdan əvvəlki dövr, IV əsrin əvvəllərindən VII əsrə qədər xristianlıq dövrü və VII əsrdən başlayan İslam dövrü.

Ə. Ələkbərli vurğulayıb ki, 1441-ci ildə erməni dini kafedrası Sisdən Vağarşabada köçürülüb. Həmin tarixə qədər Cənubi Qafqazda heç bir ciddi dayağı olmayan, bu ərazilərə Yaxın Şərqdən ancaq tacir və mövsümi işçilər kimi gəlib-gedən hay-ermənilər həmin il bu torpaqlarda möhkəmlənmək üçün ilk addımlarını atıblar. Bu, armanların – Armaniya ərazisində yaşayan xristian türklərin islamlaşmasının, demək olar ki, başa çatdığı, xristian məbədlərinin əksəriyyətinin sahibsiz qalıb dağıldığı, bəzi kilsələrdə isə tək-tək erməni keşişlərinin tərki-dünyalığa qapıldığı bir dövrə təsadüf edir. Yerli türk əhali arasında xristianlığın nisbətən daha uzun müddət yaşadığı Qarabağ və Zəngəzur diyarlarında da xristianlıq tənəzzül etməkdə idi. Belə bir həlledici tarixi dövrdə xristian kafedrasının Cənubi Qafqaza köçürülməsi bir tərəfdən bu regionda xristianlığın tamam məhv olmasının qarşısını aldısa, digər tərəfdən minillik tarixə malik türk-xristian mədəniyyətinin yadelli haylar tərəfindən mənimsənilməsinin bünövrəsini qoydu.

Buna görə də XV–XVI əsrlərə qədər Qərbi Azərbaycan ərazisində mövcud olan maddi-mədəniyyət nümunələrinin bu gün dünya ictimaiyyətinə erməni-hay abidələri kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur, hətta adi məntiqdən belə kənardır.

“Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk-xristian abidələrini öz adlarına çıxması da məhz XIX əsrdə geniş vüsət alıb. Bununla kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırlar.

XX əsrdə, xüsusilə 1905, 1918–1920, 1948–1953, 1987–1991-ci illərdə Qərbi Azərbaycan türklərinə qarşı həyata keçirilən deportasiya və soyqırımları isə bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salıb”, - deyə alim bildirib.

Müxbir - Xatirə Cəfərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

Almaniyada avtomobil sənayesi işçiləri ixtisarlarla bağlı kütləvi tətil keçirəcəklər

Hörmüz boğazında gəmi vurulub

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib

Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

“Zirə”nin 3 legioner futbolçusu milli komandalara dəvət alıb

® “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans olub

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Aselişad / Xorvirab məbədi

“18 əsərin sehri”: Azərbaycan musiqisinin inciləri bir səhnədə

İpoteka və Kredit Zəmanət Fondu indiyədək 60 mindən çox borcalana kredit verib

Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb

Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş “Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb

Tbilisidəki konfransda regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar müzakirə olunub

Əziz Ələkbərli: Qərbi Azərbaycanın ərazisi qədim Türk–Oğuz-Qıpçaq yurdudur

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

Azərbaycan nümayəndə heyəti AEBA-nın Baş Konfransının növbəti sessiyasında iştirak edib

Formula 1-dən Azərbaycanla bağlı paylaşım: Biz yenə Bakıdayıq!

Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb

Əfran İsmayılov: Portuqaliyalı qapıçı ilə danışıqlar aparırıq, razılıq əldə olunmaq üzrədir

Seyid Yəhya Bakuvi məktəbinin təsir dairəsi Balkanlardan Misirə və ərəb ölkələrinə qədər genişlənib

Azərbaycanın TDT-də artan rolu – Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir - TƏHLİL

® “Bir” Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Azərbaycan sülhə, sabitliyə və Qafqazın davamlı inkişafına sadiqliyini nümayiş etdirir

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Avropa Parlamentinin deputatı Fransanın daxili işlər nazirini məhkəməyə verib

Tarixçi: Biz tam hüquqla Qafqaz Albaniyasının həqiqi varisləri olduğumuzu deyə bilərik

Nəsillər: X-dən Alfaya-dək: Müxtəlif nəsillərin maliyyə davranışı və dəyərləri – MÜSAHİBƏ

ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb

“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

Sabahın hava proqnozu açıqlanıb

Qafar Cəbiyev: Qəbələdə saray tipli ictimai binanın qalıqları tədqiq edilir

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb

"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açılıb

Qafar Cəbiyev: Qəbələdə 15 mindən çox maddi-mədəniyyət nümunəsi aşkar edilib

SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

İspaniya yığmasında ciddi itki: Millətlər Liqasının oyunlarını buraxacaq

Fransada hökumətə xəbərdarlıq: İctimai narazılığı nəzərə almasalar, qış çətin keçəcək

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır VİDEO

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır VİDEO

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

Günəbaxan yağa necə çevrilir? VİDEO

Günəbaxan yağa necə çevrilir? VİDEO

Media nümayəndələri Qubadlı şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

Fransanın dövlət borcu rekord həddə çata bilər

Ailədən gələn peşə sevgisi: Britaniyada baş geofizik olan azərbaycanlı mütəxəssislə MÜSAHİBƏ

Suriyanın Hələb şəhəri yaxınlığında hərbi sursat anbarında partlayışlar baş verib

UNEC rektoru ali təhsilin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşüb

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Dillər Universitetinin Konfutsi İnstitutunda yeni tədris ili

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır - ŞƏRH

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub VİDEO

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub VİDEO

Azərbaycanlı cüdo hakimi Bakıdakı dünya çempionatında ədaləti qoruyacaq

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

"Qarabağ” qadın liqalarında iki yaş kateqoriyası üzrə təmsil olunacaq

Qadınlar Super Liqasında yeni mövsümün reqlamenti açıqlanıb

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

Avstraliya əhalinin qocalma və doğum səviyyəsinin azalması ilə bağlı təhlükələr barədə xəbərdarlıq edir

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

Fərhad Məmmədov: Radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar VİDEO

Fərhad Məmmədov: Radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar VİDEO

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

Qivami Rəhimli: 20 Sentyabr - Enerji gücündən dövlət suverenliyinə uzanan yol

DİA ilə Özbəkistan Dövlət Siyasəti və İdarəçilik Akademiyası arasında anlaşma memorandumu imzalanıb

“Şamaxinka”da dayanacaq məntəqəsi 3 hissəyə ayrılır, bəzi marşrutlar həmin ərazidən çıxarılır VİDEO

“Şamaxinka”da dayanacaq məntəqəsi 3 hissəyə ayrılır, bəzi marşrutlar həmin ərazidən çıxarılır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb

Rizvan Hüseynov: Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb VİDEO

Rizvan Hüseynov: Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb VİDEO

AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq VİDEO

AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq VİDEO

Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq

Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

Qafqaz Albaniyası: siyasi və elmi şüurun aktual mövzusu

Azərbaycanda ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb

Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb

Tarix elmləri doktoru: Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır

Vitse-prezident: SOCAR aparıcı şirkətlər və institutlarla bilik transferi ekosistemi qurur VİDEO

Vitse-prezident: SOCAR aparıcı şirkətlər və institutlarla bilik transferi ekosistemi qurur VİDEO

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT