Hindistan parlamentinə seçkilərdə Modinin tərəfdarları liderlik edir
Bakı, 4 iyun, AZƏRTAC
Hindistanın Baş naziri Narendra Modinin hakim Bharatiya Canata Parti (BCP) partiyası rəqiblərini qabaqlayaraq parlamentdə çoxluğu qoruyub saxlayır.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, parlament seçkilərində BCP-nin üzvü olduğu Milli Demokratik Alyans Koalisiyası 542 seçki dairəsindən 286-da liderlik edir. INDIA müxalifət ittifaqı isə 197 seçki dairəsində qələbəyə ümidlidir.
Qeyd edək ki, Hindistan Mərkəzi Seçki Komissiyası səslərin hesablanması faizi ilə bağlı məlumatları dərc etmir və bu səbəbdən parlamentdə güclərin balansı indi görünəndən fərqli ola bilər. Səslər gün ərzində hesablanacaq, yekun nəticələr bundan sonra elan olunacaq.
Narendra Modi bir müddət öncə partiyasının parlament seçkilərində qələbə qazanacağına əminliyini ifadə edib. Baş nazirin bəyanatı BCP-nin faktiki olaraq qələbə qazandığı exit-poll məlumatları fonunda səslənib. Exit-poll sorğularının nəticələrinə görə, BCP parlamentin 543 yerlik aşağı palatasında 350 yer, INDIA ittifaqı isə 120 yer qazana bilər.
Xatırladaq ki, aprelin 19-dan iyunun 1-dək Hindistanda parlament seçkiləri keçirilib. BCP qələbə qazanacağı təqdirdə Narendra Modi ölkənin ilk baş naziri Cəvahirləl Nehrunun rekordunu təkrarlayaraq, ardıcıl üçüncü müddətə hökumətə başçılıq edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]