Gürcüstanda baş verən zəlzələ nəticəsində bəzi evlərdə və binalarda çatlar əmələ gəlib
Tbilisi, 4 iyun, AZƏRTAC
Gürcüstanın Oni bələdiyyəsi ərazisində baş verən zəlzələ nəticəsində bir neçə yaşayış binasında və fərdi evlərdə çatlar əmələ gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsindəki dövlət müvəkkili administrasiyasından məlumat verilib.
Yerli sakinlərin sözlərinə görə, bəzi evlərə ciddi ziyan dəyib. Sakinlərin həmin evlərə daxil olması qadağan edilib. Bir neçə xırda tikili isə dağılıb.
Qeyd edək ki, iyunun 4-də gecə saat 02:03-də Gürcüstanda güclü zəlzələ baş verib. Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Oni bələdiyyəsinin Onçevi kəndində qeydə alınıb və onun gücü 5,4 bal gücündə olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]