REGİONLAR
Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib
Tərtər, 27 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov və başqaları çıxış edərək, görkəmli oftalmoloq-alimin mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsində misilsiz xidmətləri barədə məlumat veriblər.
Bildirilib ki, yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib. Azərbaycan xalqı akademik Zərifə Əliyevanın xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.