DÜNYA
Aleksandr Novak: Rusiya Türkiyədəki boğazlardan neft nəqlini davam etdirəcək
Bakı, 19 iyul, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın energetika naziri Aleksandr Novak Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra boğazlardan tankerlərlə neft nəqlinin marşrutunda hər hansı bir dəyişikliyinə ehtiyac duyulmadığını deyib.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, nazir Türkiyədə yaşanan dövlət çevrilişi cəhdindən sonra Boğaziçi nəqliyyatının yenidən normal vəziyyətə qayıtdığını qeyd edib: “Hazırda prosesləri izləməyə davam edirik”.
Rusiyanın Türkiyədəki boğazlar üzərindən tankerlərlə reallaşdırdığı neft nəqli ilə əlaqədar hər hansı bir marşrut dəyişikliyinə ehtiyac duyulmadığını bildirən A.Novak deyib: “Marşrutda dəyişiklik edilməsi ilə bağlı Rusiya şirkətlərindən də hər hansı bir tələb olmayıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]