MƏDƏNİYYƏT
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına müxtəlif elm sahələri üzrə 400-dən çox yeni ədəbiyyat daxil olub
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) daxil olan yeni kitabların sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK-ə müxtəlif elm sahələri üzrə 400-dən çox ədəbiyyat daxil olub.
Kitabxanaya yeni daxil olan ədəbiyyatlarda daha çox tarix və ədəbiyyatşünaslığa dair əsərlər üstünlük təşkil edir. Bu kitablar Azərbaycan və rus dillərindədir. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və digər müxtəlif elm sahələrindən bəhs edən nəşrlər vardır. Bu da MEK-in Azərbaycan elminin başlıca informasiya mərkəzlərindən biri kimi geniş və çoxtərəfli fəaliyyətində mühüm rol oynayır. Yeni kitablar bir ay nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]