İQTİSADİYYAT
Ankarada Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcəkdir
Ankara, 13 aprel (AZƏRTAC). Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası aprelin 15-də Ankara şəhərində Türkiyə-Azərbaycan biznes-forumu keçirəcəkdir. Forumda Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ölkəmizin son illərdəki nailiyyətləri, ölkədə gedən islahatlar, xarici investisiya üçün yaradılmış münbit şərait və ölkə infrastrukturunun inkişafı barədə təqdimatı olacaqdır.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, perspektivləri və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunacaq, iş adamlarının ikitərəfli görüşləri təşkil ediləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [19:12]
Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
- 01.05.2024 [19:00]
“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək
- 01.05.2024 [16:13]
“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib
- 01.05.2024 [14:16]
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib
- 01.05.2024 [14:13]
® “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10 faiz keşbek qazanın
- 01.05.2024 [13:19]