MƏDƏNİYYƏT
Ankarada Zəfər Günü münasibətilə sərgi açılıb
Ankara, 8 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgilənən fotolar təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrindən, erməni terrorizminin izlərindən xəbər verir. O cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin əzəmətli nişanələrini tərənnüm edir.
Noyabrın 8-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan əzəli Vətən” mövzulu mərasimin iştirakçıları sərgini ziyarət ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]