Azərbaycan Dövlət İnformasiya Agentliyi

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşidən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə Argentinanın Azərbaycandakı səfirliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, həmçinin ölkəniz və Azərbaycan xalqı naminə göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.

Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikasının Azərbaycandakı səfirliyi arasında davamlı və səmərəli əməkdaşlığa görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrində uğurlardan şad olarıq.

Hörmətli Mehriban xanım, Sizə dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Marianxeles Belluşi

Argentina Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin