SİYASƏT
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ölkəmizə səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər.
AZƏRTAC xəbər verir ki, həmməruzəçilər üçgünlük səfər müddətində Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə səmərəli görüşlər keçirdiklərini bildirmişlər.
Qeyd edilmişdir ki, səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ikinci hesabatı hazırlamaqdır.
Xatırladaq ki, birinci hesabat AŞPA-nın qış sessiyasında qəbul olunmuşdur.