İDMAN
Astaranın yeniyetmə futbolçuları Mingəçevir şəhərində keçirilən Respublika birinciliyinin final mərhələsində uğurla çıxış etmişlər
Astara, 30 noyabr (AZƏRTAC). 24-28 noyabr tarixində Mingəçevir şəhərində İdman Məktəblərinin VI Respublika Oyunları proqramına daxil olan futbol üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən Respublika birinciliyinin final mərhələsində Astara rayonunun komandası uğurla çıxış edərək ikinci yeri tutmuşdur.
AZƏRTAC xəbər verir ki bu münasibətlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə futbolçuların mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edənlər gənc idmançıları qazanılmış qələbə münasibətilə təbrik etmişlər.
Mərasimin sonunda yeniyetmə futbolçulara və onların məşqçilərinə rayon gənclər və idman idarəsi, uşaq-gənclər idman məktəbinin diplomları və medalları, qiymətli hədiyyələr təqdim olunmuşdur.