SİYASƏT
ATƏT-İN MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ MƏTYU BRAYZƏ AZƏRBAYCANA GƏLİR
Bakı, 11 avqust (AZƏRTAC). ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzə avqustun 11-dən 13-dək Azərbaycanda səfərdə olacaqdır.
Birləşmiş Ştatların ölkəmizdəki səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində M.Brayzənin Azərbaycanın rəsmi şəxsləri, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulmuşdur.
Danışıqların əsas mövzusu yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri olacaqdır.
Amerikalı həmsədr, həmçinin təhlükəsizlik və enerji, eləcə də demokratik institutların gücləndirilməsində birgə maraqlara dair davam edən ABŞ-Azərbaycan tərəfdaşlıq məsələlərini müzakirə edəcəkdir.