ATU “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb
Gəncə, 11 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Texnologiya Universitetini (ATU) “Yenilikçi və inkişaf mükafatı”na layiq görüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafat ATGTİ-nin sədri Rəşad Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyətinin universitetə səfəri zamanı rektor Yaşar Ömərova təqdim olunub.
Təqdimat mərasimində ATU-da son illər təhsil mühitinin modernləşdirilməsi, tələbələrin inkişafına yönəlmiş layihələrin genişləndirilməsi və innovativ təşəbbüslərə verilən dəstək yüksək qiymətləndirilib.
Rektor dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin önəmini vurğulayaraq, ATGTİ ilə əməkdaşlığın yeni istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.
Görüş çərçivəsində tələbələrin potensialının inkişafına yönəlmiş birgə layihələrin genişləndirilməsi imkanları müzakirə olunub.