DÜNYA
Avropa muzeyləri Suriyanın mədəni irsini xilas etməyə qoşulacaqlar
Praqa, 26 may, AZƏRTAC
Praqa Milli Muzeyi Suriyadakı tarixi abidələrin və artefktların xilas olunmasında və bərpasında iştirak edəcək. Tarix və mədəniyyət abidələrinin qorunub saxlanması və bərpası sahəsində əməkdaşlıq barədə sazişi Çexiya paytaxtındakı Milli Muzeyin baş direktoru Mixal Lukeş və Suriya Ərəb Respublikasının Muzeylər və Mədəni İrsin qorunması departamentinin rəhbəri Məmun Əbdülkərim imzalayıb.
Çexiyanın bu məsələyə köməyi Suriya ərazisində humanitar dəstək barədə 2016-cı ildə Çexiya hökuməti tərəfindən bəyənilmiş proqramın tərkib hissəsidir. Çexiya Yaxın Şərqdəki bu dövlətə tibbi ləvazimatlar da təqdim edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]