Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avstriyanın Vyana şəhərindən “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin prezidenti Orxan Vəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdən ulu öndərimiz Heydər Əliyev ölkəmizdə idmanın inkişafını və idman vasitəsi ilə Azərbaycan Respublikasının dünyada tanıdılmasını prioritet istiqamət olaraq müəyyənləşdirmiş və bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilmişdir.

Azərbaycan xalqının Sizə göstərdiyi yüksək etimad Sizin xidmətlərinizin və nailiyyətlərinizin, ölkəmizin iqtisadi qüdrətinin artmasına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına yönəlmiş siyasi kursunuzun təntənəsinin sübutudur.

Cənab Prezident, ali dövlət fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Orxan Vəliyev

Avstriyanın Vyana şəhərindən “Karabakh Vienna” Futbol Klubu

İdarə Heyətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin