Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tetsuya Hirose: Prezident İlham Əliyev Azərbaycanı cəsarətlə xoşbəxt gələcəyə doğru aparır

Tokio, 10 aprel (AZƏRTAC). Cari ilin sentyabrında müstəqil Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olacaqdır. Bu münasibətlə AZƏRTAC-ın xüsusi müxbiri Yaponiyanın Azərbaycanda ilk səfiri olmuş, hazırda isə Asiya-Sakit okean Parlamentariləri İttifaqının baş katibi Tetsuya Hirosedən müsahibə almışdır.

- Cənab Tetsuya, bu il Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 20 ili tamam olur. Siz Yaponiyanın Azərbaycanda ilk səfiri olmusunuz. Həmin vaxt Yaponiya-Azərbaycan münasibətlərini necə xarakterizə edərdiniz?

- Mən əvvəlcə Azərbaycan oxucularını sizin doğma, ana dilinizdə salamlayır və bundan şərəf duyduğumu bildirirəm.

Qeyd etdiyiniz kimi, mən 2000-2002-ci illərdə Yaponiya İmperatorluğunun Azərbaycan Respublikasında ilk səfiri olmuşam. Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 7-də qurulmuşdur. Həmin vaxt Yaponiya hökuməti müstəqilliyini yenicə bərpa etmiş ölkələrin inkişafına xüsusi diqqətlə yanaşırdı. Azərbaycanın ağır şəraitdə olmasına baxmayaraq, Heydər Əliyevin rəhbərliyi ilə inamlı addımlar atması bizim diqqətimizdən kənarda qala bilməzdi. Biz Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək, əvvəlcə ölkə daxilində vətəndaş müharibəsinin qarşısını almasını, sonra da Ermənistanla müharibəni dayandırmasını diqqətlə izləyirdik. Tale elə gətirmişdi ki, mən 1993-cü ildə Yaponiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru təyin edilmişdim. Buna görə də Azərbaycanda baş verən proseslər barədə tam məlumatlı idim. Həmin dövrdə Yaponiya Azərbaycanla dostluq münasibətlərinin daha da inkişaf etməsini dəstəkləyirdi.

1994-cü ilin sentyabrında isə mənə Azərbaycana gəlmək nəsib oldu. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması mərasimində mən də Yaponiyanın dövlət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etdim. Doğrusunu deyim ki, hələ o vaxt Azərbaycan xalqı böyük qonaqpərvərliyi və səmimiyyəti ilə məni heyran etmişdi. Yəqin ki, mənim sonrakı təyinatımda bu səfər çox böyük rol oynamışdı.

“Əsrin müqaviləsi”nin bütün ölkələr və xalqlar üçün açıq olması barədə Prezident Heydər Əliyevin bəyanatı bizi də bu layihəyə qoşulmağa həvəsləndirdi. Tezliklə Yaponiyanın “İtoçu” şirkəti ilə ARDNŞ arasında “Azəri-Çıraq-Günəşli” yataqlar blokuna sərmayə yatırılması və hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Xalqlar arasında mədəni, idman və digər humanitar sahələrdə əlaqələr vacibdir, lakin mən deyərdim ki, ən mühüm əməkdaşlıq forması məhz investisiya mübadiləsidir. Qarşılıqlı və bərabər səviyyəli mənafeyə əsaslanan iqtisadi əlaqələr xalqları biri-birinə daha çox yaxınlaşdırır.

Qeyd edim ki, 1998-ci ilin fevralında Prezident Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verdi. Prezident Heydər Əliyevin Yaponiyanın İmperatoru, Baş naziri və digər rəsmi şəxslərlə, işgüzar dairələrin nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər, apardığı danışıqlar və xüsusən Baş nazir Haşimoto ilə imzaladığı sənəd Yaponiya-Azərbaycan əlaqələrində yeni mərhələ açdı.

2000-ci ilin yanvarında mən Azərbaycana səfir təyin edildim. Mayda isə Azərbaycanda səfir kimi fəaliyyətə başladım. Həmin vaxt Yaponiya hökuməti Azərbaycan ilə qarşılıqlı anlaşmaya əsaslanan, möhkəm bünövrə üzərində qurulmuş münasibətlərimizin daha da inkişaf etməsi üçün əlindən gələni edirdi.

Mən müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırdım. Həmin dövrdə biz “Rəsmi İnkişaf Yardımı” proqramı çərçivəsində bir çox mühüm layihələrin reallaşmasına nail olduq. Lakin təəssüf ki, gözlənilmədən səhhətimdə yaranan problemlər məni gözəl ölkənizi tərk etməyə məcbur etdi. Azərbaycanda qısa müddətdə işləməyimə baxmayaraq, məni bu gözəl ölkə ilə çox xoş xatirələr bağlayır.

-Siz Azərbaycanda Heydər Əliyevin prezidentliyi dövründə səfir işləmisiniz. Bir dövlət xadimi, Prezident kimi Heydər Əliyev sizin xatirələrinizdə necə qalmışdır?

-Prezident Heydər Əliyev xarizmatik siyasətçi, böyük dövlət xadimi, dünya miqyaslı strateq idi. Onun fövqəladə yaddaşı, uzaqgörənliyi, hamını heyran qoyan işgüzarlığı vardı. Heydər Əliyevin yorulmaq bilmədən Vətəni və xalqı üçün çalışması əsl vətənpərvərlik nümunəsi idi. Mən deyərdim ki, Yaponiya-Azərbaycan münasibətlərinin formalaşmasında və inkişafında Heydər Əliyev əvəzsiz xidmətlər göstərmişdir.

Prezident Heydər Əliyev səfir kimi mənim etmadnaməmi qəbul edərkən dediyi sözləri çox yaxşı xatırlayıram. Həmin görüş zamanı o məmnuniyyət hissi ilə mənə bildirdi ki, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Yaponiyanın iş adamları, neft sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanda uğurla çalışırlar. Heydər Əliyev vurğuladı ki, Yaponiya-Azərbaycan əlaqələri Azərbaycan üçün çox əhəmiyyətli və vacibdir. Yaponiyanın Azərbaycana ayırdığı böyük məbləğdə güzəştli kreditlər Azərbaycanda elektrik enerjisi sektorunun və iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün böyük dəstək olmuşdur.

Əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə və sürətlə inkişaf edəcəyinə şübhə etmədiyini deyən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, Yaponiyanın Azərbaycandakı səfirliyi bu sahədə öz xidmətlərini göstərəcəkdir.

Bu sözlər mənim məsuliyyətimi daha da artırdı. Başa düşdüm ki, Bakıda mən yalnız Yaponiya hökumətinin deyil, eyni zamanda, Azərbaycan rəhbərliyinin də etimadını doğrultmalıyam.

Etimadnaməmi təqdim edərkən Azərbaycan dilində danışmağım isə Prezident Heydər Əliyevin çox xoşuna gəlmişdi və dahi şəxsiyyət bunu çox yüksək qiymətləndirdi.

- Yaponiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə dair nə deyə bilərsiniz? Azərbaycanın müstəqil dövlət kimi inkişafına necə baxırsınız?

- Yaponiyada Azərbaycana həm böyük maraq, həm də səmimi münasibət vardır. Biz eyni münasibəti Azərbaycan tərəfindən də hiss edirik. Mən çox sevinirəm ki, Azərbaycan ilə Yaponiya arasında münasibətlər bu gün də uğurla inkişaf edir. Xüsusən enerji sahəsində sıx əməkdaşlıq münasibətləri, qarşılıqlı səmərəyə və etimada əsaslanan əlaqələr uğurla davam etdirilir. Ölkələrimiz arasında 1992-ci ilin sentyabrında qurulmuş diplomatik münasibətlərlə təməli qoyulan əlaqələrin müsbət istiqamətdə inkişaf edərək son illərdə daha da möhkəmləndirilməsi Yaponiya hökuməti və xalqı üçün sevindirici bir haldır.

Bu yaxınlarda mən Yaponiya parlamentində Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş “Azərbaycan-Odlar yurdu” adlı təqdimatda iştirak etdim. Ölkənizin son illər əldə etdiyi böyük nailiyyətlərə heyran qalmamaq olmur. 2009-cu ildə Bakıya səfərim zamanı bunun canlı şahidi olmuşdum. Ölkənizdən çıxdığım son yeddi ildə görülmüş quruculuq işləri məni heyrətə salmışdı. Azərbaycan rəhbərliyi, mənim müasir siyasi xadim kimi fəaliyyətini xüsusi maraqla izlədiyim Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq, ölkəsini cəsarətlə böyük uğurlara, xoşbəxt gələcəyə doğru aparır. Azərbaycanın qazandığı uğurlar, onun regionun lider dövlətinə çevrilməsi, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, humanitar sahədə əldə edilən nailiyyətlər, həqiqətən, təqdirəlayiqdir. Mən qəti əminliklə deyə bilərəm ki, Azərbaycanın ən əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi də tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Azərbaycanın dostu kimi mən bunu ürəkdən arzulayıram.

Azərbaycan ilə Yaponiya münasibətlərinə gəlincə isə bildirmək istəyirəm ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkənizlə Yaponiya arasında əlaqələr çox yüksək səviyyədədir və durmadan irəliləyir. Bu, Yaponiyanın Azərbaycanda çalışmış səfiri, bu ölkəni böyük məhəbbətlə sevən bir insan kimi məni çox sevindirir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO