CƏMİYYƏT
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı layihə həyata keçirilib
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının vətəndaşlar arasında təbliği layihəsini həyata keçirir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gəncləri müxtəlif sahələri əhatə edən konsepsiya ilə bağlı məlumatlandırmaq, orada yer alan müddəalardan onların yararlana biləcəyi sahələri diqqət mərkəzində saxlamaqdır.
Layihə çərçivəsində ondan çox təhsil müəssisəsindən olan tələbələrin qatıldıqları təlimlərdə iştirakçılara konsepsiyadakı təhsil, gənclərlə bağlı sahələrə aid müddəaları əhatə edən təlimlər keçirilib.
Sonra təlim iştirakçılarına müddəaların təcrübədə əhəmiyyətli və faydalı olduğunu əsaslandıran seminarlar həyata keçirilib.