ELM VƏ TƏHSİL
Azərbaycan alimi Türkiyədə keçiriləcək beynəlxalq elmi simpoziumda məruzə edəcək
![Azərbaycan alimi Türkiyədə keçiriləcək beynəlxalq elmi simpoziumda məruzə edəcək](/files/2014/3/1200x630/14097380982244947493_1200x630.jpg)
Tədbir Türkiyənin Biləcik şəhərindəki Şeyx Ədəbalı Universiteti tərəfindən təşkil olunacaq.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, simpoziumda dünyanın ayrı-ayrı ölkələrindən olan alim və tədqiqatçıların mövzu ilə bağlı məruzələri dinləniləcək.
Cavid Qasımov beynəlxalq tədbirdə “Sovet dövründə Azərbaycanda Səlcuq mədəniyyəti ilə bağlı aparılan tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edəcək.