İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankının “ManatExpress” sistemindən istifadə edənlərin sayı artır
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının “ManatExpress” yerli sürətli pul köçürmə sistemindən istifadə edən müştərilərin sayı getdikcə artır. Təkcə sentyabr ayında bu sistemdən 5 mindən çox müştəri faydalanıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “ManatExpress” fiziki şəxslərə Azərbaycan ərazisində sürətli pul köçürmələrini daha sərfəli şərtlərlə həyata keçirməyə imkan verən bankdaxili sistemdir.
Bu sistemin əsas üstünlükləri ondan istifadənin son dərəcə sadəliyi, əməliyyatın cəmi bir neçə dəqiqə ərzində başa çatdırılması, ən əsası isə köçürmə tarifinin xeyli sərfəli olmasıdır. Belə ki, komissiya haqqı köçürülən məbləğin cəmi 0,4 faiz (minimum 1 manat) təşkil edir.
“ManatExpress” vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində pul köçürmək olar. Vəsaiti alan tərəf yalnız şəxsiyyət vəsiqəsini və köçürmənin kodunu təqdim etməklə ona çatacaq pulu bankın istənilən filial və şöbələrindən götürə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]