Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan biologiya və seleksiya elminin Cəlal Əliyev zirvəsi

Bakı, 1 fevral, Kifayət Əliyeva, AZƏRTAC

Azərbaycan elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlər sırasında dünya şöhrətli seleksiyaçı alim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, ictimai-siyasi xadim, “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyevin xüsusi yeri var. Onu cəsarətlə Azərbaycan biologiya və seleksiya elminin zirvəsi adlandırmaq olar.

Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və inkişafında mühüm xidmətləri olan görkəmli alimin uğurlu elmi fəaliyyətinin əhəmiyyətli hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Cəlal Əliyev elmi tədqiqatlarını 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparırdı.

Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Akademik Cəlal Əliyev yarım əsrdən artıq bir müddətdə fəal elmi yaradıcılığını kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr edib. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik hələ ötən əsrin 70-ci illərindən başlayaraq buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla onu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparıb. Bununla da, akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda biologiya sahəsinə tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası qoyulub. Görkəmli alimin rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğda bitkisinin genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Həmçinin gen mühəndisliyindən istifadə edilməklə, kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.

Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində akademik Cəlal Əliyevin işləyib hazırladığı “İdeal buğda” bitkisi modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işi daha sürətlənib. Bunun nəticəsi olaraq, həmin illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarındakı bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib. Onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.

Cəlal müəllimin elmi-tədqiqat işlərinə böyük marağı, elmi nəticələri təcrübə sahələrində əyani görmək arzusu onu Əkinçilik İnstitutuna gətirib və tezliklə həmin institutun təkanverici qüvvəsinə çevirib. “İdeal” tipli sortların yaradılması, respublikamızda və onun hüdudlarından kənarda da rayonlaşdırılmış “Mirbəşir-50”, “Qaraqılçıq-2”, “Şiraslan-23”, “Tərtər-2”, “Vüqar” və başqa məhsuldar buğda sortları alimin çoxillik, intensiv fəaliyyətinin bəhrəsidir. Beynəlxalq mərkəzlərdən Azərbaycana gələn alimlər akademikin təqdim etdiyi “Qiymətli-2/17” yeni yumşaq buğda sortunu yüksək məhsuldarlığına (hektardan 100 sentner), əla keyfiyyətinə, şaxtaya və xəstəliklərə davamlılığına görə “möcüzə” adlandırıblar. 2008-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində akademik Cəlal Əliyevin rəhbərliyi altında tərəvəz və paxlalı bitkiləri yoluxduran virus xəstəliklərinin molekulyar diaqnostikası və identifikasiyası üzrə tədqiqat işləri aparılırdı.

Görkəmli alim biologiya elmində, sözün əsl mənasında, böyük bir məktəb yaradıb. Onun təşəbbüsü ilə 250-dən çox elmlər namizədi və elmlər doktoru hazırlanıb. Onların 80 nəfərinin elmi rəhbəri şəxsən Cəlal Əliyev özü olub. Hazırda görkəmli alimin yetirmələri onun etimadını doğruldaraq dünyanın bir sıra ölkələrində qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərir, öz müəllimlərindən öyrəndiklərini təcrübədə uğurla tətbiq edirlər.

Dünya şöhrətli seleksiyaçı alimin gərgin əməyi, beynəlxalq elmi əlaqələrin inkişafındakı xidmətləri digər ölkələrin də ali mükafatları ilə qiymətləndirilib. Onun elmi fəaliyyətini dərindən öyrənən Rusiya, Ukrayna, Belarus Kənd Təsərrüfatı Elmləri akademiyaları Cəlal Əliyevi fəxri üzv seçiblər. Akademikin 2003-cü ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunması bu ölkənin elmi ictimaiyyəti və ziyalıları tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.

2014-cü ildə akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. Bununla bağlı jurnalın baş redaktoru, doktor Liza Broun azərbaycanlı alimə ünvanlandığı məktubunda yazırdı: “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyəti görkəmli alimlərdən təşkil olunub. Biz böyük məmnuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olması bizim üçün fəxrdir və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar”.

Tanınmış alim və mütəxəssislər akademik Cəlal Əliyevin elmi fəaliyyətini yüksək qiymətləndiriblər. Dublin Universitet Kollecinin professoru Brus Osborn, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton, yaponiyalı alim Morio Murata və başqaları akademik Cəlal Əliyevin fotosintezin öyrənilməsi sahəsində böyük uğurlara imza atdığını bildiriblər. Kimya üzrə Nobel mükafatı laureatı, Kembric Universitetinin professoru Jon Uolker Azərbaycanın dünya şöhrətli akademikinin fotosintezin öyrənilməsi sahəsində əvəzsiz lider olduğunu vurğulayıb.

Akademik Cəlal Əliyev təcrübəsini daim alim və mütəxəssislərlə bölüşür, onlara faydalı məsləhətlər verirdi. Yerlərdə təşkil olunan səyyar elmi seminarlarda alim və aspirantların iştirakı ilə seleksiya proqramının müzakirəsini keçirirdi. Bu seminarlarda akademik Cəlal Əliyevin gərgin əməyinin bəhrəsi olan yeni buğda sortlarının regionlarda daha geniş istifadə edilməsinin məqsədəuyğunluğu bir daha təsdiqlənirdi. Xüsusilə fermer təsərrüfatlarında bu yeni sortların mütəşəkkil tətbiqi respublikamızda taxılçılığın inkişafının və ərzaq təhlükəsizliyinin əsas istiqaməti kimi diqqətə çatdırılırdı.

Görkəmli alim elmdə durğunluğu, ətaləti qəbul etmirdi. Gənc alim və tədqiqatçılarda görmək istədiyi ən vacib xüsusiyyətlər elmə sonsuz həvəs, yaradıcı axtarışlara maraq və zəhmətkeşlik idi. AZƏRTAC-a müsahibəsində akademik Cəlal Əliyev elmlə məşğul olan insanları daim irəliyə baxmağa, yeni ideyalar irəli sürməyə səsləyirdi. Bu barədə danışarkən deyirdi: “SSRİ dövründə Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər”.

Cəlal Əliyev elmi-təşkilati fəaliyyəti ilə yanaşı, görkəmli ictimai-siyasi xadim kimi də ölkənin həyatında fəal rol oynayır, prinsipiallığı ilə seçilirdi. Bir neçə çağırış Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdu.

Bir alim və bir insan ömrünü şərəflə yaşamış akademik Cəlal Əliyev elmdə qoyub getdiyi silinməz izlərlə daim ürəklərdə yaşayacaq, onun yetirmələri öz müəllimlərini fəxrlə xatırlayacaq, Azərbaycan xalqı isə görkəmli övladının xatirəsini daim uca tutacaq.

Kifayət Əliyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da “Tesla Model X” elektromobillərinin təhlükəsizlik kəmərlərinə görə yoxlanılması başa çatıb

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir

Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcək

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

Almaniyanın təşəbbüsü çərçivəsində Ukraynanın HHM sistemi gücləndiriləcək

Kosovonun şimalında Serbiya bankının filialları bağlanıb

Vatikan Papa Fransiskin builki xarici səfərlərinin cədvəlini açıqlayıb

İtaliyada zəlzələ baş verib

Bayden: BCM prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqiredicidir

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

Bakıda Milli Metrologiya Forumu keçirilib

Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

İran Prezidentinin vəfatı ilə əlaqədar Türkiyədə matəm elan edilib

Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxberlə telefonla danışıb

ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanılıb

COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib

Tacikistan Rəssamlar İttifaqının sədri: İncəsənət xadimləri xalqlarımızın dostluğuna töhfə verməyə çalışırlar

Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb

Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub

Naxçıvanda “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib

Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq

“Qarabağın rəngləri” layihəsinin qala gecəsi təşkil olunub

Naxçıvanda bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib

BP ibtidai siniflərin inklüziv tədris bacarıqlarının inkişafına dəstək olub

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Naxçıvanın şəhərdaxili magistral kanalizasiya xətləri təmizlənib

Bakıda “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Dayqa Mierina: Latviya şirkətləri də Qarabağda bərpa işlərində iştirak edə bilərlər

Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

AQTİ-də keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlim keçirilib

Qobustan rayonunda Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib

® “Baku Steel Company” Tacikistanın dövlət qurumu ilə Anlaşma Memorandumu imzalayıb

Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Suriyadan Azərbaycana qaytarılmış daha 8 vətəndaşımızla bağlı sosial reabilitasiya tədbirlərinə başlanılıb

“ASAN xidmət”in “StartapFest Naxçıvan” tədbirinə başlanılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub

Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub

Qarabağ Universitetinə rektor təyin olunub

“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var

“Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edilməsi və “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qarabağın rəngləri” layihəsinə təqdim edilmiş eskizlərin içərisindən 23 tələbənin əsəri seçilib

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün “AccessBank” ilə əməkdaşlığa başlayıb

Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb VİDEO

Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir

Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib VİDEO

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin finalı keçirilib

Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək

Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət edib: Jurnalistikaya qarşı biabırçı hücumdan əl çəkin FOTOLAR VİDEO

Sabahdan Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi xalqımızın xeyriyyəçilik ənənəsinin təşviqidir

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

® “Kapital Bank”ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olub

TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb

Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədbirlərindən danışılıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“Əsrə bərabər gün” tamaşasına baxış