Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİPLOMATİYASININ YENİ GÖRKƏMLİ NAİLİYYƏTİ
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYAYA RƏSMİ SƏFƏRİ
ÜNSİYYƏTİ MÖHKƏMLƏNDİRƏN GÖRÜŞLƏR

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniyada akkreditasiyadan keçmiş bir qrup xarici jurnalist və ölkə qəzetlərinin baş redaktorları ilə görüşüb söhbət etdi.

Respublika Prezidenti daha sonra Böyük Britaniyanın dənizaşırı ərazilərlə iş üzrə dövlət naziri baronessa Çolkerlə görüşdü.

Azərbaycan Respublikasının dövlət müşaviri Qabil Hüseynli AZƏRTAC-ın müxbirinin xahişi ilə hər iki görüşü şərh edərək deddi:

- Jurnalistlər və qəzet redaktorları ilə söhbətdə Heydər Əliyev Azərbaycan-Böyük Britaniya münasibətlərinin bütün cəhətlərindən, eləcə də “Dağlıq Qarabağ problemi”nin siyasi yolla tənzimlənməsinin bir sıra mövcud variantlarından ətraflı bəhs etdi. Prezidentə verilən suallardan və onun cavablarından bir daha aydı oldu ki, Heydər Əliyevin bu səfəri haqqında Böyük Britaniyada kifayət qədər geniş məlumat yayılmışdır və jurnalistlər aparılmış danışıqların məzmununu, eləcə də bağlanmış müqavilələr barədə müəyyən informasiyaya malikdirlər.

İstər suallarda, istər Heydər Əliyevin cavablarında səfərin bütün parametrləri haqqında fikirlər dəqiqləşdirildi.Prezidentimiz Dağlıq Qarabağ məsələsi barədə, habelə bu məsələdə beynəlxalq təşkilatların, xüsuslə də ATƏM-in Minsk qrupunun səylərinin əlaqələndirilməsinə dair Azərbaycanın mövqeyini bir daha açıqladı. O bildirdi ki, Azərbaycan həmişə olduğu kimi, yenə də problemin dinc yolla həll edilməsinə tərəfdardır və bu istiqamətdə bütün dövlətlərin səylərinə, ilk növbədə beynəlxalq təşkilatların vasitəçiliyinə böyük diqqət yetirəcəkdir.

Söhbətdən sonra jurnalistlərdə yekdil fikir yarandı ki, Azərbaycan tərəfi konstruktiv mövqedə dayanır və bütövlükdə məsələnin həlli istiqamətində realist addımlar atmağa hazırdır.

Baronessa Çolker Azərbaycanla uzun müddətdir ki, dostluq əlaqələri saxlayır. O, Azərbaycanın iqtisadi və siyasi mənafelərinin bir sıra beynəlxalq təşkilatlarda, habelə İngiltərənin özündə təmsil edilməsində fəallıq göstərir.

Heydər Əliyev ilə nazirin söhbəti zamanı belə bir ümumi fikir ifadə edildi ki, Azərbaycanın çox geniş iqtisadi potensialı və formalaşmış infrastrukturları bütün dövlətlərlə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıq üçün böyük əhəmiyyətə malikdir.

Xanım Çolker Azərbaycanla Böyük Britaniya arasında imzalanmış sənədlər - dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə energetika sahəsində əməkdaşlıq haqqında memorandum barədə öz fikirlərini açıqlayaraq bildirdi ki, bu sənədlər, bağlanmış 8 sazişin hər biri iki ölkənin münasibətlərinin bünövrə daşlarıdır və bunun üzərində gələcək əməkdaşlığın çox möhtəşəm binası ucalacaqdır.

Nazir Azərbaycanın iqtisadi maraqlarının təkcə İngiltərədə deyil, Avropa İqtisadi Birliyində də təmsil edilməsinə dair Prezidentə konkret təkliflər verdi, eyni zamanda bildirdi ki, “Dağlıq Qarabağ problemi”nin ATƏM çərçivəsində həllini sürətləndirmək üçün mümkün siyasi vasitələrdən istifadə edilməsinə çalışacaqdır. Xanım bunu da bildirdi ki, ATƏM-in Minsk qrupunun yeni sədri Eliasson ilə səmimi dostluq əlaqələri vardır və onun kifayət qədər obyektiv adam olduğuna inanır; bu problemin həllinə dair onunla fikir mübadiləsi aparacaq, Azərbaycanın mövqeyini ona çatdıracaqdır.

Azərbaycana humanitar yardımın əlaqələndirilməsində və bu istiqamətdə nəinki İngiltərənin, habelə Avropa İqtisadi Birliyinə daxil olan bir sıra digər ölkələrin səylərinin artırılmasında da respublikamıza kömək vəd olundu.

Söhbətdən belə bir nəticə hasil oldu ki, biz baronessa Çolkerin timsalında Azərbaycanın mənafeyini Qərb ölkələrində təmsil edə biləcək böyük dost tapmışıq.

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKINDA

Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycan Respublikasının Prezidenti ilə görüş oldu. Respublikamızla Böyük Britaniya arasında imzalanmış bir sıra müqavilələrin maliyyə vəsaiti ilə təmin edilməsi həmin bankın üzərinə düşür.

Heydər Əliyev burada - dünyanın ən nüfuzlu banklarının birində çox səmimi qarşılandı. Bankın rəhbərliyi ilə söhbət zamanı Azərbaycan dövlətinin başçısı belə bir fikir söylədi ki, sözdən işə keçmək, Azərbaycana sərmayə qoyuluşu üçün konkret planlar hazırlamaq lazımdır. Bankın rəhbərliyi bu fikirlə razılaşdı və bildirdi ki, ölkəmizdə keçirilən iqtisadi islahatlara yardım göstərmək, eyni zamanda Azərbaycan-Böyük Britaniya münasibətlərini inkişaf etdirmək üçün zəruri tədbirlər görüləcəkdir. Azərbaycanda həyata keçiriləcək bir sıra irimiqyaslı layihələrin maliyyələşdirilməsinə diqqət artırılacaqdır.

Söhbət zamanı tərəflər arasında konkret maliyyə proqramı haqqında fikir mübadiləsi oldu və həmin proqramın reallaşdırılması istiqamətində məsləhətləşmələr aparıldı.

PARLAMENTDƏ GÖRÜŞ

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfərinin ən mühüm tədbirlərindən biri də İngiltərə Parlamentinin aşağı palatasında - icmalar palatasında onunla görüşlər oldu.

Böyük Britaniya parlamenti Vestminster sarayında yerləşir. İngiltərə Parlamentinin ənənələrinə uyğun olaraq palatada əvvəlcə Baş nazir Con Meycor rəsmi çıxış etdi və sonra suallara cavab verdi.

Parlamentdə görüş zamanı Azərbaycanla bağlı xüsusi parlament fraksiyası formalaşdırmaq məsələsi nəzərdən keçirildi. Belə bir qrupun tərkibi təsdiq edildi. Azərbaycan Prezidenti Heydər Əliyevin həmin fraksiyaya daxil olan deputatlarla söhbəti son dərəcə canlı və maraqlı keçdi. Söhbət zamanı müasir Azərbaycanda gedən ictimai-siyasi proseslərin müxtəlif cəhətlərinə toxunuldu.

Heydər Əliyev parlamentdə olarkən buraya ermənilərin və xüsusən bədnam “Dağlıq Qarabağ problemi” barədə onların mövqeyinin Qərbi Avropa ölkələrində, ən əvvəl Böyük Britaniyada fəal təbliğatçısı olan baronessa Koksla da görüşdü. Azərbaycan Prezidenti Dağlıq Qarabağla bağlı münaqişənin səbəblərini və bütün amillərini açıqladı və bildirdi ki, Azərbaycan xalqı baronessa Koksun simasında düşmən yox, dost görmək istəyir. Ona görə də baronessanın respublikamıza gəlişi və məsələnin məğzinin yerindəcə öyrənməsi onda tam aydın təsəvvür yaranmasına çox kömək edərdi.

“AZAL” ÖZ HƏMKARLARI İLƏ SIX ƏLAQƏLƏR QURUR

ABŞ və Böyük Britaniyada iki şirkətin - “Aviayşn lizit qrup” və “Bufalo eyrveis” şirkətlərinin prezidenti Fərhad Əzima əslən Cənubi Azərbaycandandır. “Bufalo eyrveis” ABŞ-ın ən böyük aviaşirkətlərindən biridir. Onun təyyarələri dünyanın hər yerinə uçur. Fərhad Əzima respublikamıza iki “Boinq” təyyarəsi vermişdir. Bu təyyarələrin dəyəri işlədildikcə ödənilir.

“Bufalo eyrveis” və “Aviayşn lizit qrup” şirkətlərində Azərbaycan mülki aviasiyasının inkişafına dair geniş layihə işlənib hazırlanmışdır. Layihənin həyata keçirilməsi nəticəsində mülki aviasiyamız yaxın gələcəkdə beynəlxalq standartlara cavab verəcəkdir. Həmin şirkətlər Azərbaycana hərəsi 250 yerlik iki ədəd “Duqlas” təyyarəsi verəcəkdir. Bundan əlavə, Fərhad Əzimanın köməyi ilə Londondakı Norveç Bankı “Azal”a xeyli kredit ayıracaqdır. Həmin şirkətlər Azərbaycanda aviator kadrların hazırlanmasına yaxından kömək göstərir.

Fevralın 24-də Heydər Əliyev bu şirkətlərin prezidenti Fərhad Əzimanı qəbul etdi. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olundu.

MƏTBUAT KONFRANSI

Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya səfəri dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır. Bunu səfərin yekunlarına həsr edilmiş mətbuat konfransında da görmək olardı. Əvvəlcədən planlaşdırıldığına əsasən, Azərbaycan dövləti başçısının mətbuat konfransında 15 agentliyin və mətbuat orqanının nümayəndələri iştirak etməli idi. Lakin buraya 35-dən çox kütləvi informasiya vasitəsinin təmsilçiləri gəlmişdilər. Bu, səfərin yekunlarına böyük marağın ifadəsi idi.

Heydər Əliyev jurnalistlər qarşısında çıxışında səfərin nəticələrini yüksək qiymətləndirdi və bildirdi ki, Böyük Britaniyanın Baş naziri, xarici işlər naziri və digər nazirlərlə görüşlərindən çox məmnundur. Əldə edilmiş razılaşmalar, bağlanmış müqavilələr həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə daha yüksək mərhələyə qalxmasına xidmət edəcəkdir. Prezident qeyd etdi ki, bu səfər iki dövlət arasında əməkdaşlığın möhkəm əsasını qoymaqla yanaşı, onun müqavilə zəminində inkişaf etməsi üçün daha yaxşı perspektivlər açdı.

Azərbaycan Prezidenti bildirdi ki, İngiltərə rəhbərliyi ilə görüşlər və danışıqlar prosesində əldə edilən nəticələr bir daha göstərir ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına hörmət edir. Prezident dedi ki, Böyük Britaniya Azərbaycana kapital qoymaqla yanaşı, bu bölgədə münasibətlərin tənzimlənməsinə, xüsusilə Azərbaycan-Ermənistan müharibəsinin siyasi yolla dayandırılmasına həm ikitərəfli danışıqlar zəminində, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər cür yardım göstərməyi vəd etmişdir.

Mətbuat konfransında Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif sahələrinə aid jurnalistlərin çoxsaylı suallarına cavab verildi.

DAHA ÜÇ GÖRÜŞ

Həmin gün axşam Azərbaycan Prezidenti Türkiyənin Böyük Britaniyadakı səfiri Candəmir Önhonu qəbul etdi. Daha sonra o, türk jurnalistləri ilə görüşdü. Heydər Əliyev Britaniyanın bank işçilərini də qəbul etdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır