İQTİSADİYYAT
Azərbaycan doqquz ayda Rusiyaya pomidor tədarük edən əsas ölkələrdən biri olub
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Rusiyaya pomidor və pomidor məhsulları tədarük edən əsas ölkələrdən biri olub.
AZƏRTAC "İnvestiya.ru"ya istinadla xəbər verir ki, doqquz ayda Rusiyaya pomidor və pomidor məhsullarının əsas tədarükçüləri Mərakeş (88,7 min ton, artım 158 faiz), Azərbaycan (86 min ton, artım 56 faiz) və Çin (68 min ton, artım 1,4 faiz) olub. Bir il əvvəl isə tədarükçü ölkələr Türkiyə (292,8 min ton), Belarus (68,9 min ton) və Çin (67,9 min ton) idi.
Qeyd edək ki, bu ilin 9 ayında Rusiyaya pomidor idxalı 30 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]