ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad və Litvanın Mykolas Romeris universitetləri “Beynəlxalq ticarət və biznes bacarıqları” mövzusunda yay məktəbi təşkil edirlər
Bakı, 2 iyun (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad və Litvanın Mykolas Romeris universitetlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq ticarət və biznes bacarıqları” mövzusunda yay məktəbi keçiriləcəkdir.
Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildirmişlər ki, yay məktəbi iyulun 13-dən 20-dək Vilnüs şəhərində Mykolas Romeris Universitetinin ev sahibliyi ilə təşkil olunacaqdır. Məktəbi uğurla başa vuran tələbələr sertifikat və 3 kredit əldə edəcəklər.
Yay məktəbində iştirak haqqı (yemək, yaşayış, təhsil, mədəni proqramlar, qarşılanma və yolasalma daxil olmaqla) 235 avrodur.
Yay məktəbində iştirak üçün qeydiyyat www.mruni.eu/en/naujienos/detail.php?el=205626 ünvanı vasitəsilə onlayn qaydada həyata keçirilir.