AZƏRBAYCAN EKOLOQLARI ÜÇÜN QRANTLAR
Avropa Birliyinin və bir sıra beynəlxalq təşkilatların maliyyələşdirdiyi və iqamətgahı Tbilisidə olan “Qafqaz” reional ekologiya mərkəzi (REM) Cənubi Qafqaz ölkələri arasında ətraf mühitin mühafizəsi və içməli suyun keyfiyyətinin yaxşılaşdırılması üzrə ən yaxşı layihə müsabiqəsində qalib gəlmiş Azərbaycan ekologiya təşkilatlarına qrantlar vermişdir. Qrantları ABŞ-ın ətraf mühitin mühafizəsi agentliyi ayırmışdır.
“Qafqaz” REM-in qrantlar üzrə əlaqələndiricisi Mətləb Həsənov mərasimdə bildirmişdir ki, əsas məqsədi müxtəlif təbiəti mühafizə və maarifçilik tədbirlərinin həyata keçirilməsi olan layihələrin hazırlanmasında Azərbaycan ekoloqları daha fəal iştirak etməlidirlər.
Ölkənin müxtəlif bölgələrində gerçəkləşdiriləcək layihələr ekoloji monitorinqlərin, maarifçilik tədbirlərinin keçirilməsinə, təmizləmə işlərinin, alternativ enerji mənbələri sahəsində tədqiqatların aparılmasına yönəldilmişdir.
Tədbirdə bildirilmişdir ki, bu yaxınlarda Bakıda “Qafqaz” regional ekologiya mərkəzinin nümayəndəliyi açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]