İQTİSADİYYAT
Azərbaycan informasiya texnologiyaları sahəsində rəqabətə davamlılıq indeksi üzrə Şərqi Avropada səkkizincidir
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Şərqi Avropa ölkələri arasında “İnformasiya texnologiyaları sahəsində rəqabətə davamlılıq indeksi-2011” üzrə səkkizinci yeri tutmuşdur. Bu barədə BSA (Business Software Alliance) Proqram Təminatı İstehsalçıları Assosiasiyasının dəstəyi ilə “Economist Intelligence” analitik agentliyinin apardığı beynəlxalq araşdırmada deyilir.
Ümumilikdə, indeks 66 ölkənin əsasən informasiya texnologiyaları sahəsinin inkişafı üçün mühüm olan göstəricilərini (ümumi işgüzar mühit, infrastruktur, insan kapitalı, elmi-tədqiqat fəaliyyəti, hüquqi tənzimləmə və sahənin inkişafına ictimai dəstək) müqayisə edir.
Şərqi Avropa ölkələri arasında ilk beşliyə Rumıniya, Xorvatiya, Litva, Bolqarıstan və Rusiya daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]